Menu
Geri İrəli

Sumqayıtda yeni layihəyə start verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2015 • Baxış sayı: 429 dəfə • Şərh yoxdur

fb8366397b95e64e3eac76563a4ca33112343368_502826689896883_1910002639_oSumqayıtda “Fraktal və Məntiq” layihəsinin icrasına başlanılmışdır 02 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək “Fraktal və məntiq” layihəsinin təqdimatı keçirilib. Təqdimatda Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsinin ölkəmizdə istedadlı və yaradıcı gənclərə olan diqqət və qayğının nəticəsi olduğu bildirilmiş və layihənin gedişatı haqqında müzakirələr aparılmışdır.

Qeyd olundu ki, layihə Sumqayıt şəhərində icra olunacaq və imtahanların test tapşırıqlarında özündə gizli riyazi sirləri və məntiqi əlaqələri birləşdirən həmçinin, yeniyetmə və gənclərin düşünmə qabiliyyətini, logikanı, diqqətini, təxəyyülü inkişaf etdirən rəsmlər, çizimlər, fiqurlar və əl işləri sərgidə nümayiş olunacaq. Layihənin əsas məqsədi fraktal rəsimlər və onlarda olan məntiqi əlaqələr barəsində gənclərimizi məlumatlandırmaq, riyazi məntiqin gündəlik həyatımızda olan yerini gənclərimizə aşılmaq, onların bilik-bacarıqlarını üzə çıxarmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdir. Sonda tərəfdaş təşkilatların nümayəndələri ilə layihə çərçivəsində görüləcək işlər, layihənin icra planı və istiqamətləri, risklər, layihə icrasında gözlənilən nəticələr, pr strategiya və sifariş veriləcək inventarlar müzakirə olunmuşdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın