Menu
Geri İrəli

1 İyun Beynəlxalq Uşaq Günü münasibətilə tədbir keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyun 2016 • Baxış sayı: 430 dəfə • Şərh yoxdur

13301323_1626075294378950_2777676265043010747_o

Sumqayıtda Şəhər Mədəniyyət Evi 1 İyun Beynəlxalq Uşaq Günü münasibətilə tədbir keçirib. Mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvü Kamil Ağazadənin aparıcılığı ilə baş tutan tədbirdə uşaqlar üçün səhnələşdirilən “Tənbəl Əhməd” səhnəciyi, Klounun əyləncəli oyunları, sehirbaz İntizam Bayramovun bir-birindən maraqlı illüziyaları, solistlər İlkin Əlizadə və Elvin Qasımovun ifaları, eləcə də Sveta Aslanovanın ifasında səslənən hind mahnıları balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirə qatılan istedadlı uşaqlar da öz mahnı töhvələri ilə həmyaşıdlarını təbrik ediblər.
Tədbirdə Şəhər Mədəniyyət Evinin bədii qiraət dərnəyinin üzvləri Ravid və Zəhra Əzizovaların çıxışı, rəsm kursunun üzvlərinin əl işlərindən ibarət sərgisi, eyni zamanda, Mərkəzi Uşaq Kitabxanasının nümayiş etdirdiyi uşaq ədəbiyyatından ibarət sərgi böyük maraq doğurub.
Sonda Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi uşaqları bayram münasibətilə təbrik edib onlara xoş arzularını çatdırıblar.

13308607_1626072234379256_4043338643061442219_o

13329387_1626072461045900_505075198573434932_o

13344594_1626072721045874_7739975156739465070_n

13350528_1626071847712628_5092359557251548214_o

Facebook Şərhləndirmə:

Şərhinizi yazın