Menu
Geri İrəli

“28 May” Respublika günü münasibətilə hesabat konserti keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 31 May 2016 • Baxış sayı: 517 dəfə • Şərh yoxdur
Share Button

13288740_1624894964496983_803139673_o

Bu gün “28 May” Respublika günü münasibətilə Ə.Bakıxanov adına uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi Bülbül adına uşaq incəsənət məktəbində hesabat konserti ilə çıxış ediblər.
Konsertə qatılan Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov çıxış edib. O, son aylarda şəhərimizdə aparılan tikinti, abadlıq və quruculuq işlərindən danışaraq bildirib ki, biz də bu işlərdən geri qalmamağa, şəhər sakinlərinə öz töhvəmizi verməyə çalışırıq. O, son günlər idarənin xətti ilə işə düşən yeni turizm marşrutunun açılmasını, şəhərimizin həm də bir turizm şəhərinə çevrilməsini tamaşaçıların diqqətinə çatdırıb və bildirib ki, bu uğurlar həm də turizm sahəsi ilə yanaşı mədəniyyət sahəsini də əhatə edib. Belə ki, artıq yeni tədris ilindən məktəblərimizdən biri yeni bina ilə təmin olunacaq. Heydər Əliyev Mərkəzi yeni inzibati binaya köçürüləcək. Bundan əlavə, digər mədəniyyət müəssisələrimizdə də əsaslı təmir işlərinə başlanılacaq. Və siz müəllimlərin də ən ümdə vəzifəsi şəhər rəhbərliyinin sizə göstərilən etimadını doqrutmaq, şəhərimiz, ölkəmiz üçün savadlı, istedadlı musiqiçilər yetişdirməkdir. Məktəblərdə yeni kollektivlərin yaranmasını yüksək qiymətlndirən Mehman Şükürov kollektivi və tamaşaçıları bayram münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb.
Konsertdə məktəbin xor kollektivinin və gənc solistlərin ifasında bəstəkar və xalq mahnıları, xalq çalğı alətləri və nağaraçalanlar ansambllarının, Qızlardan ibarət rəqs qrupunun və “Fidanlar” rəqs kollektivinin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Fortopiano sinfi şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri maraqla dinlənilib.

13292852_1624893567830456_1837664108_n

13313937_1624894554497024_932115164_o

13324024_1624894604497019_101891096_o

13324300_1624895081163638_411617005_o

13334756_1624893457830467_2037663182_o

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın