Menu
Geri İrəli

Belarusun mədəniyyət nazirinin müavini Vasili Çernik Sumqayıtda – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2017 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur

Belarusun mədəniyyət nazirinin müavini Vasili Çernik Sumqayıtda - FOTOLAR

Belarusun mədəniyyət nazirinin müavini Vasili Çernik Sumqayıtda olub. V.Çernik mayın 4-6-da Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib, eləcə də Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirib. Səfər çərçivəsində şəhərimizə qonaq gələn nazir müavinini Sumqayıt Şəhər İcra Hakiminin birinci müavini Faiq Kərimov, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini -  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Teymur Səmədov, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov qarşılayıb. İlk olaraq  Sumqayıtda son dövrdə yenidən təmir olunaraq istifadəyə verilən teatrla tanışlıq olub. Daha sonra qonaqlar  Tarix muzeyinə gəliblər. Burada Sumqayıtla bağlı ətraflı məlumat verilib. Cənab Çernikin növbəti tanışlığı Heydər Əliyev mərkəzi ilə olub. Burada qonağa Ümummilli lider Heydər Əliyevin həyatı və iş fəaliyyəti barədə məlumat verilib. Növbəti tanışlıq isə Sumqayıtda yeni salınmış bulvarla olub. Vasili Çernik daha sonra xeberle.com-a müsahibə verib.
Cənab Çernik şəhərimizə xoş gəlmisiniz. İlk olaraq təəsuratlarınızı bölüşməyi istərdim.
Bu gün həqiqətən də çox maraqlı oldu. Mən Sumqayıtda bir neçə mədəniyyət ocaqlarını ziyarət etdim. Hər biri məni valeh etdi. Təsəvvürümə gətirə bilməzdim ki Sumqayıtda mədəniyyətə bu qədər diqqət var. Mən teatrda oldum. Mənə məlumat verildi ki, teatr çox qısa bir vaxtda təmir olunub mədəniyyət işçilərinin ixtiyarına verilib. Heydər Əliyev mərkəzi isə çox möhtəşəm idi. Düşünürəm ki, bu cür mədəniyyət mərkəzləri olan şəhərlə mədəni əlaqələr qurulması vacibdir. Bizdə müxtəlif teatr festivalları keçirilir. Çox istərdim ki, Sumqayıt teatrı bu festivallarda iştirak etsin.
Bildiyimiz kimi Sumqayıt və Mogilyov şəhərlərinin qardaşlaşmış şəhərlərdir.Bu il imzalanmış “Niyyət Protokolu”nun 10 illiyi tamam olur. Bununla bağlı tədbirlər planı hazırlanıbmı?
Məlumat üçün bildirim ki, bu yaxınlarda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin bir qrup rəsmisi Belarusda oldu. Biz bir çox mədəni məsələlərlə bağlı fikir mübadiləsi apardiq. Qərara gəlmişik ki, Sumqayıt şəhərini təmsil edəcək deleqasiyanı gələn ay öz ölkəmizdə xüsusi ilə də Mogilyov şəhərində qarşılayq. Yenə də bildirmək istəyirəm ki, bu həm iki ölkə arasında eləcə də iki şəhər arasında mədəni ictimai əlaqələrin inkişafında mühüm rol oynayacaq və biz bu işdə maraqlıyıq.
Qeyd edək ki, bu yaxınlarda Belarusa həmçinin Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov da səfər edib. Bununla, eləcə də Vasili Çernikin Sumqayıta səfəri ilə bağlı regional idarənin rəhbəri xeberle.com-a açıqlama verdi:

“Belarusa səfərimiz mədəni əlaqələrin inkşaf etdiriliməsi, fikir mübadiləsnin aparılması, həmçinin Sumqayıtla Mogilyov şəhərləri arasında ən yüksək səviyyədə münasibətlərin qurulması idi. Səfər müddətində bir çox şəxslərlə görüşdük. Həmçinin bu gün şəhərimizə qonaq gəlmiş Belarusun nazir müavini Vasili Çerniklə də səmərəli söhbətimiz oldu. Qərara alındı ki, növbəti ay yəni iyun ayında Sumqayıtdan bir qrup nümayəndə heyyəti Belarusa səfər etsin. Bu gün şəhərimizə gələn qonaqlarla isə bir çox yerlərdə olduq. Sumqayıtla əyani tanış etdik. Sözün həqiqi mənasında qonaqlar şəhərimizin gözəlliyinə vuruldular. Təbii ki, bu gözəlliyi yaradan, buna qərar verən başda ölkə rəhbəri cənab İlham Əliyev olmaqla, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Zakir Fərəcova minnətdarıq. Son aylarda şəhərimizə bir çox ölkələrdən rəsmi qonaqlar gəlir. Fəxrlə bu zövqlə yaradılmış yerlərə qoanqları gətirmək çox qürurvericidir. “

 

 

Belarusun mədəniyyət nazirinin müavini Vasili Çernik Sumqayıtda - FOTOLAR

Belarusun mədəniyyət nazirinin müavini Vasili Çernik Sumqayıtda - FOTOLAR

Belarusun mədəniyyət nazirinin müavini Vasili Çernik Sumqayıtda - FOTOLAR

Belarusun mədəniyyət nazirinin müavini Vasili Çernik Sumqayıtda - FOTOLAR

Belarusun mədəniyyət nazirinin müavini Vasili Çernik Sumqayıtda - FOTOLAR

Belarusun mədəniyyət nazirinin müavini Vasili Çernik Sumqayıtda - FOTOLAR

Belarusun mədəniyyət nazirinin müavini Vasili Çernik Sumqayıtda - FOTOLAR

Belarusun mədəniyyət nazirinin müavini Vasili Çernik Sumqayıtda - FOTOLAR

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın