Menu
Geri İrəli

EMİN və Qreyq Devidin möhtəşəm konsertindən görüntülər

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2014 • Baxış sayı: 365 dəfə • Şərh yoxdur

c659b48c40be dbf44f2e4205 dfc71eb28e7a fb974185f6a1 3d50e30a901a 8f2f4e5b80f8 9ebc848c0cda 59cde6f6cc9f 86cb4d3331a6 10335428b496 aa9aa388d7c7 ab61c9b6c3ff abb207cbb463 ae24d36b2a50 b597e584af56 ba88044a66b1 bc02119580fe

Azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov və dünyaca məşhur Qreyq Devidin gözlənilən möhtəşəm konsert proqramı baş tutub.

İlk olaraq səhnəyə Qreyq Devid çıxıb. O, bir birinin ardınca sevilən mahnılarını səsləndirib. Alqışlarla qarşılanan və yüzlərlə izləyicini yerindəcə rəqs etməyə vadar edən Qreyq 1,5 saat sonra səhnəni EMİN-lə bölüşüb.

Azərbaycanla yanaşı digər ölkələrdə də yetərincə tanınan EMİN qonaqları salamlayıb, Q. Devid ilə zarafatlaşdıqdan sonra ifalarına start verib. “Sea Breeze”ə gələrək Eminə dəstək olan fəxri qonaqların sırasında həyat yoldaşı Leyla xanım və baldızı Arzu Əliyeva da var idi.

Gecə yarısına qədər davam edən konsertin gedişatında DJ Shock səhnəyə çıxıb mahnıları ilə gecəyə rəngarənglik qatıb izləyiciləri coşdurub. Maraqlı anlardan biri isə Bakıdan və möhtəşəm keçən konsert proqramından məmnun qalan Qreyq Devidin İnstagram səhifəsində fikirlərini bölüşməsi olub. İfaçı hər kəsə gecəyə qədər təşəkkürünü bildirib: “Gözəl gecəyə görə çox sağ ol Bakı. Bura yenidən gəlib və şou göstərməyi səbirsizliklə gözləyəcəm. Bu möhtəşəm gecəyə görə EMİNə və “Sea Breeze” otelinə minnətdaram”.

Qeyd edək ki, Arzu Əliyeva da konsertdən olan fotoları sosial şəbəkədə paylaşıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın