Menu
Geri İrəli

Fransa mətbuatı birinci xanımdan yazdı

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyun 2014 • Baxış sayı: 377 dəfə • Şərh yoxdur

mehriban_YAP1

Fransanın “Ouest-France” qəzetində Heydər Əliyev Fondunun istər Azərbaycanda, istərsə də dünyanın bir çox başqa ölkələrində həyata keçirdiyi xeyirxahlıq missiyasından bəhs edən məqalə dərc olunub.

 

Senator Natali Qulenin fikirlərinə istinad olunan məqalədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə və səhiyyəyə xüsusi qayğı göstərdiyi, Fond tərəfindən yeni məktəb və xəstəxana binalarının inşa edildiyi, bir çox xarici ölkələrdə xeyirxahlıq missiyası həyata keçirildiyi qeyd olunur.

Fondun Vatikan kitabxanasında kitabların kataloqunun tərtib edilməsində, Strasburqdakı ən qədim katedralın freskasının təmirində yaxından iştirak etdiyi, Orn departamentində onlarla tarixi abidənin bərpasına yardım göstərdiyi vurğulanır.

Məqalədə demokratik yolla gedən Azərbaycanın tolerant və dünyəvi ölkə olduğu, burada bir çox xalqların, o cümlədən yəhudilərin və xristianların ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşadıqları bildirilir.

Normandiya Regional İrs Fondunun məsul əməkdaşı Sandrin Hinault Orn departamentində Heydər Əliyev Fondunun yardımı ilə bərpa edilən beş kilsə haqqında sənədli film çəkiləcəyini diqqətə çatdırır və bu filmin Fond tərəfindən xeyirxahlıq missiyasının yerinə yetirildiyi ölkələrdə nümayiş olunacağını bildirir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın