Menu
Geri İrəli

Habil Əliyevin səhhəti kritik həddə çatdı

Müəllif: Sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2015 • Baxış sayı: 220 dəfə • Şərh yoxdur

Sənətkarın həyat yoldaşı:”Tələsməsinlər, öləndə hamı biləcək”

“Habil Əliyevin səhhərində heç bir irəliləyiş yoxdur. Onun beyni öz funksiyasını dayandırıb”.

Bunu ANS PRESS-ə sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva deyib. Onu sözlərinə görə, sənətkar bədən üzvləri də öz funksiyasını dayandırıb.

“Həkimlər komaya düşən adam üçün bu halı normal hesab edirlər. Ancaq irəliləyiş olub-olmayacağı barədə hələlik heçnə deyə bilmirlər. Biz ən pisini belə göz önündə saxlayırıq”,-deyə kaman ustasının həyat yoldaşı deyib.

Şərqiyyə Əliyeva xalq artistinin ölümü barədə mətbuatda yazılan xəbərlərə münasibət bildirib.

“Habil Əliyevin yalandan ölüm xəbərini yazanlar onu çox kiçik insan hesab edirlər. Bu sənətkara qarşı təhqirdir. Həmin xəbərləri yazan insanlar düşünsünlər ki, Habil Əliyev xalq artisti və böyük sənətkardır. O, dünyasını dəyişdiyi təqdirdə onunla ölkə ictimaiyyətinin görüşü olacaq. Bunu da mətbuatdan gizlətmək mümkün deyil”.-deyə kaman ustasının həyat yoldaşı əlavə etdi.

89 yaşlı kamança ustası Habil Əliyev səhhətində yaranan narahatlıqlara görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Xəstəxanada səhhəti normallaşan Habil Əliyev müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmışdı.

Sentyabrın 3-də yenidən vəziyyəti ağırlaşan sənətkar komaya düşüb.


Habil Əliyev- kaman ustası

Facebook Şərhləndirmə:

Şərhinizi yazın