Menu
Geri İrəli

Millət vəkili yeni ili cəbhə bölgəsinin əsgərləri ilə qarşılayıb (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Yanvar 2014 • Baxış sayı: 363 dəfə • Şərh yoxdur

2cdb87c23c46 9bd25daa9884 3481bd4bd7d0 4324c7f726c0 eb6d8aa8968e

Millət vəkili Qənirə Paşayeva yeni ili cəbhə xəttində yerləşən hərbi hissənin əsgərlərilə qarşılayıb. ANS PRESS-in məlumatına görə, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Tovuz rayonu Mədəniyyət evində Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissənin əsgər və zabitləri üçün bayram tədbiri və konsert keçirilib. Millət vəkili “facebook” səhifəsində bildirib ki, tədbirdə əsgərlərimizlə birlikdə “Azərbaycan əsgəri” ni böyük ruh yüksəkliyi ilə hamılıqla oxunub.

Bayramlaşmadan sonra Azərbaycanın Əməkdar Artisti Elza Seyidcahan və Tovuz rayonunun sənətçiləri, uşaq və gənclərdən ibarət musiqi qruplarının iştirakı ilə möhtəşəm konsert keçirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın