Menu
Geri İrəli

Nazir müavininə “Stanislavski medalı” verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2015 • Baxış sayı: 268 dəfə • Şərh yoxdur

20978cd5154bef871f9c29c1d45dc465

Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının sədri Tatyana Mixeyeva “Azərbaycan və Rusiya teatr əlaqələrinin genişləndirilməsində göstərdiyi dəstəyə görə” Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin “Stanislavski medal”ı ilə təltif olunduğunu bildirib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi oktyabrın 25-dən 31-dək Rusiya Federasiyası Kalmıkiya Respublikasında qastrol səfərində olub.

Səfər çərçivəsində teatrın rəhbərliyi və aktyorları Kalmıkiyanın nüfuzlu mükafatları ilə təltif edilib.

Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının təsis etdiyi “Stanislavski medal”ı isə mədəniyyət və turizm nazitrinin müavini Ədalət Vəliyevə təqdim edilib.

Mükafatın Ə.Vəliyevə çatdırılması üçün Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidova təqdim ediblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın