Menu
Geri İrəli

Şok! Azərbaycanlı müğənni Laçının işğal günü konsert verəcək

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 18 Aprel 2014 • Baxış sayı: 591 dəfə • Şərh yoxdur

62845

İfaçı may ayının 17-də Laçın rayonunun işğal olunduğu gün konsert verməyə hazırlaşır

Azərbaycanlı müğənni Natəvan Həbibi may ayının 17-i Laçın rayonunun işğal olunduğu gün konsert verməyə hazırlaşır.

ANS PRESS-in məlumatına görə, son zamanlar ətrafında gəzən qalmaqallarla medianın gündəmindən düşməyən ifaçı susqunluğuna son qoyub. Efirlərdən uzaq düşən və xeyli müddətdir konsert verməyən Natəvan sevənlərinin qarşısında çıxış etmək qərarına gəlib. İfaçı may ayının 17-i saat 19:00-da Heydər Əliyev sarayında “Dinlə” adlanan konsert proqramı ilə çıxış edəcək.

Amma ən maraqlısı isə budur ki, konsertinə hazırlıqlar görən ifaçı 1992-ci il may ayının 17-i Azərbaycanın Laçın rayonunun ermənilər tərəfindən işğal olunduğunu unudub. Natəvanın yadına salmaq lazımdır ki, konsert verməyi planladığı gün qanlı həriflərlə tariximizə həkk olunub. İşğal 17 maydan başlanıb və 18 may tarixində tam bitib.

Qeyd edək ki, Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Şuşa, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisi 1835 kvadrat kilometr olan rayonun əhalisi işğala qədər 64 min nəfər ölüb.

9d3f3b6c163d

62845

Facebook Şərhləndirmə:

Şərhinizi yazın