Menu
Geri İrəli

Sumqayıt Teatrı yeni tamaşaya hazırlaşır – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2017 • Baxış sayı: 399 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Dram Teatrında Süleyman Ələsgərov və  İsi Məlikzadənin birgə yazdığı “Subaylarınızdan görəsiniz” komediyası əsasında hazırlanan tamaşanın məşqləri davam edir. Quruluşçu rejissor teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovdur.Bu tamaşa əsaslı şəkildə təmirdən sonra ilk ən böyük tamaşadır.

Bu əsər hələ illər öncə Sumqayıt teatrında uğurlu səhnə həllini tapıb. Yeni quruluşun fərqi isə rejissor yanaşması ilə bərabər, həm də aktyor ansamblındakı özəllikdir. Belə ki, respublikanın xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov xüsusi dəvətlə teatrın yeni kreativ layihəsinə qatılıblar. Sumqayıtlılar komediyadakı Səməni və Seyfi obrazlarını tezliklə bu sevilən aktyorların ifasında görüb məmnun qalacaqlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın