Menu
Geri İrəli

Sumqayıtda uşaq yazarı ilə görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Aprel 2016 • Baxış sayı: 446 dəfə • Şərh yoxdur
Share Button

13062791_1606661449653668_1257998488_oSumqayıt şəhər Nizami Gəncəvi adına kitabxana klubda uşaq yazarı Gülzar İbrahimova ilə görüş keçirilib. Görüşdə müəllifin vətənpərvərlik ruhunda yazılan hekayələri və nağılları haqqında söhbət açılıb, nümunələr dinlənilib.

Oxucuların suallarını cavablandıran Gülzar İbrahimova bildirib ki, ermənilər yeganə xalqdır ki, müharibə istəyir. Yırıtıcı və qan tökməkdən həzz alan bu xalqın Azərbaycan xalqının başına açdığı bəlaları nə qədər ki, əlim qələm tutur, yazıb, müxtəlif dillırdə yayımlayacam. Məqsədim isə hər bir xalqa bu erməni xislətini daha yaxından tanıtmaqdır.

Tədbirin aparıcısı Hüseyn Yunusov Xocalı faciəsinə həsr olunan ədəbiyyatlardan gətirdiyi sitatlar və nümayiş etdirdiyi foto xroniklar tədbirdə kövrək anlar yaşadıb.  Müəllif az yaşlı olmasına baxmayaraq oxucuların bu qədər vətənpərvər ruhda böyüməsindən məmmun olduqunu bildirib və tədbirdə fəallığı ilə seçilən oxculara kitablarını hədiyyə edib.

Tədbir kitabxana klubun nağıl otağında davam etdirilib.

Xatırladaq ki, S.Vurğun adına Mərkəzi Kitabxana, Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin, AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə özbək şairəsi Saxlo Kasumovanın tərcüməsi ilə cap olunan “Душа” almanaxının təqdimatı da keçirilib. S.Vurğun adına Mərkəzi kitabxanada baş tutan tədbirə qatılaraq Azərbaycana xüsusi sevgisi olduqunu bildirən Saxlo Kasumova müxtəlif illərdə qələmə aldığı şeirlərini ifa edib.

Tədbirdə iştirak edən qələm sahibləri- Sabir Sarvan, Rafiq Oday, Süleyman Hüseynov, Qüdrət Muğanlı, Rəhman Orxan, İlqar Türkoğlu, Aftandil Ağbaba, Qənirə Mehdixanlı, Aydın Məlikov və başqaları çıxış edərək Azərbaycan-Özbək ədəbi əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Sonda Sumqayıt MKS-nin direktoru Yeganə Əhmədova çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın