Menu
Geri İrəli

Sumqayıtda uşaqlar üçün əyləncə saatı təşkil olunub – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyul 2017 • Baxış sayı: 1,085 dəfə • Şərh yoxdur
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə yay mövsümü ilə əlaqədar olaraq Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib. Uşaqların mütaliəyə marağının artırılması və asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən tədbirdə oxucular və şəhər sakinləri “Yay+Kitab=Mən” başlığı altında tərtib olunan səyyar sərgi ilə yaxından tanış olublar. Bundan əlavə, oxuculara “1 Yazıçı – 1 Kitabxana” layihəsi çərçivəsində Hüseyn Abbaszadənin 95 illiyi ilə əlaqədar təşkil edilmiş kitablarından ibarət sərgi haqqında məlumat verilib.
Tədbir boyu uşaqlar yaşıllığın qoynunda əyləşərək kitab oxuyub, şeir söyləyib, şahmat, domino və digər əyləncəli oyunlar oynayıblar.
Tədbir boyu uşaq şöbəsinin oxucusu Nihad Məmişovun tarda ifası təkcə oxucuları deyil, şəhər sakinlərinin də marağına səbəb olub. Xatırladaq ki, yay mövsümü ilə əlaqədar olaraq kitabxana kollektivləri tərəfindən acıq səma altında silsilə tədbirlər davam edəcək.
 
Sumqayıtda uşaqlar üçün əyləncə saatı təşkil olunub - FOTOLAR

Facebook Şərhləndirmə:

Şərhinizi yazın