Menu
Geri İrəli

Sumqayıtda “Xəzər ulduzları” rəqs ansamblının 8 illiyinə həsr olunmuş konserti keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyul 2016 • Baxış sayı: 478 dəfə • Şərh yoxdur

sumqayitxeber.com xəbər verir ki, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin və Şəhər Mədəniyyət evinin dəstəyi ilə  Nəriman Nərimanov adına mədəniyyət mərkəzində xoreoqraf  Kamil Ağazadənin “Xəzər ulduzları” rəqs ansamblının yaranmasının 8 illiyinə həsr olunmuş konserti keçirilib.

Konsertdə Azərbaycan rəqsinin tarixinə həsr olunmuş video-çarx təqdim olunub. Rəqs ansamblının ifasında “Yallı”, “Köçəri” yallısı, “Şoloxo”, “Uzundərə”, “Azəri”, “Aytacım” milli və müasir rəqsləri,  o cümlədən, məzəli, teatrlaşdırılmış rəqslər, dünya xalqlarının rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə çıxış edən gənc müğənnilər Zaur Yusifli, Elvin Qasımov, İbrahim Quluzadə, Həyat Həsənzadə, Xəyalə Abdullayeva öz ifaları ilə kollektivi təbrik ediblər.

Sonda rəqs kollektivinin üzvləri “Fəxri Fərmanla” təltif edilib.

13659148_1658526757800470_5280376319504812134_n 13873017_1658527091133770_7376461738139294277_n 13873188_1658527307800415_8605500087353074387_n 13886416_1658526574467155_7732695844573857718_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın