Menu
Geri İrəli

Sumqayıtın mədəniyyəti özünün yeni inkişaf dövrünü yaşayır – VİDEOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2017 • Baxış sayı: 461 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıtın mədəniyyəti özünün yeni inkişaf dövrünü yaşayır. Bu yüksəlişin fonunda milli musiqi sənətinin də inkişafı təmin edilib. Ötən il Sumqayıt  şəhərində  Sumqayıt şəhərindəki  Səid Rüstəmov adına 3 saylı Uşaq İncəsənət Məktəbi tikilib istifadəyə verilib, burada  musiqi təhsilinin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb.

Musiqinin inkişafına göstərilən qayğı Sumqayıt musiqiçilərinin  yaradıcılıq imkanlarını da genişləndirib. Onlar yaradılan şəraitdən istifadə edərək Azərbaycan musiqi sənətini dəyərli əsərlərlə zənginləşdirirlər.Musiqi təhsili verən müəllimlər də yeni istifadəy verilən məktəbin onlarda stimul yaratdığın vurğulayırlar.Müəllimlər uşaqlarda milli musiqiyə olan marağı,həvəslə dərsə gəlmələrini bildirirlər.

Üçmərtəbəli binada 80 otaq var. Məktəb yeni avadanlıqla təmin olunub.Uşaq İncəsənət Məktəbində 226 müəllim tədrislə məşğul olur. Musiqi hər bir xalqın mədəni inkişafının göstəricisidir. Azərbaycan xalqının zəngin xalq yaradıcılığı nümunələri, milli dəyərləri və adət-ənənələri vardır. Bunlar hər xalqa nəsib olmur. Çünki xalq yaradıcılığını, milli dəyərləri ancaq zəngin mədəniyyətə malik olan xalq yarada bilər. Bu gün Sumqayıtda da yeni musiqi  məktəbinin tikilməsində  əsas məqsəd xalq yaradıcılığı nümunələrini qoruyaraq gələcək nəsillərə çatdırmaqdan, o cümlədən musiqi mədəniyyətimizin inkişafına töhfələr verməkdən ibarətdir. Məktəbdə “Fortepiano”, “Xalq çalğı alətləri”, “Simli və nəfəsli alətlər”, “Azərbaycan qarmonu”, “Nəzəriyyə”, “Rəssamlıq” şöbələri fəaliyyət göstərir ki, bu şöbələrdə 800  şagird təhsil alır .

Facebook Şərhləndirmə:

Şərhinizi yazın