Menu
Geri İrəli

Sumqayıtlı xalq artisti: “Son illər yaşlı nəslin aktyorları unudulub”

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2016 • Baxış sayı: 633 dəfə • Şərh yoxdur

mezahirBunu ”Report”a açıqlamasında Azərbaycanın xalq artisti Məzahir Süleymanov bildirib.

Onun sözlərinə görə, yaşlı nəslin aktyorları unudulub: ”Son illər bizim nəslin aktyorlarını unudublar. Elə bil biz yoxuq. Yada düşmürük. Mən sonuncu dəfə Yavər Rzayevin “Xeyirlə Şərin rəqsi” filmində epizoda çəkilmişəm. Həmin filmdən sonra da, əvvəl də başqa filmə, tamaşaya, seriala dəvət almamışam”.

M.Süleymanov hazırda uzun illərdir çalışdığı Sumqayıt Dövlət Dram Teatrında təmir işlərinin aparıldığını vurğulayıb: ”Mənim rol aldığım tamaşalar da təmirdən əvvəl repertuarda yox idi. Bir sözlə, səhnə, kamera üçün darıxmışam. Ömrümüzün son illəri qalıb. Heç olmasa istifadə etsinlər”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın