Menu
Geri İrəli

Suqmayıtda ilk “Miniatür obrazlar” sərgisi keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyun 2015 • Baxış sayı: 448 dəfə • Şərh yoxdur

10628500_850419648327947_904418336738846400_nAzərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin və Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə 29 may 2015-cü il tarixində Sumqayıt Gənclər Evində 28 may – Respublika gününə həsr olunmuş “Miniatür obrazlar” adlı rəsm sərgisi təşkil olunmuşdur.

Sərgidə yeniyetmə və gənc rəssamların əl işlərindən ibarət vətənimizin tarixi-mədəni irsini, onun zənginliyini özündə əks etdirən miniatür obrazların əks olunduğu əsərlər nümayiş olunmuşdur. Layihənin icraçısı Natiq Muradxanlı sərgini açıq elan edərək layihənin məqsədinin gənc nəsil arasında Azərbaycan mədəniyyətinə şərəf gətirən incəsənət növlərindən olan miniatür sənətini inkişaf etdirmək, gənclərimizin bu  yöndə bilik və bacarığının artırmaq, onları bu sahəyə motivasiya etmək, xalq tətbiqi sənət növlərinin təbliğatı işini gücləndirmək olduğunu bildirmişdir.

Sərgidə çıxış edənlər rəssamlıq sənətində miniatür obrazlara üstünlük verən yeniyetmə və gənclərin əl işlərindən ibarət  miniatür rəsm sərgilərinin təşkil olunmasının xalqımızın milli-mədəni dəyərlərini gənc nəsil arasında tanıtmaq, qorumaq və təbliğ etmək istiqamətində mühüm rol oynadığını vurğuladılar.

Sərgi Prezident təqaüdçüsü, istedadlı gənc pianoçu Fuad Əlizadənin ifası ilə davam etmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın