Menu
Geri İrəli

“Varlı qadın” qastrol səfərində

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2015 • Baxış sayı: 243 dəfə • Şərh yoxdur

te (1)

Dağıstan Kumık Musiqili Dram Teatrının kollektivi Əli Əmirlinin məşhur “Varlı qadın” komediyası ilə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında qastrol səfərində olub.

Dağıstan Respublikasının xalq artistləri Tutuxanım Osayeva, İmam Akauddinov, Rusiyanın əməkdar artisti Baysoltan Osayevin əsas rollarda oynadıqları tamaşa Qaraçaysk, Ust-Cequta və respublikanın paytaxtı Çərkəssk şəhərlərində 6 dəfə nümayiş etdirilib. Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan qastrol səfəri böyük uğurla keçib.

Qeyd edək ki, 2010-cu ildə Kumık teatrında tamaşaya qoyulmuş və özünə repertuarda möhkəm yer tutmuş “Varlı qadın” 2012-ci ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən ənənəvi “Tuqanlıq” beynəlxalq teatr festivalında iki nominasiya üzrə mükafata layiq görülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın