Menu
Geri İrəli

Yusif Vəzir Çəmənzəminlinin 30-a yaxın məqaləsi tapılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Aprel 2014 • Baxış sayı: 398 dəfə • Şərh yoxdur

Chemenzemli_050912

Görkəmli Azərbaycan ədibi Yusif Vəzir Çəmənzəminlinin 30-a yaxın məqaləsi tapılıb.

AzVision.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutundan Trend-ə verilən məlumata görə, həmin məqalələr institutun elmi işçisi Şəlalə Ana Hümmətli tərəfindən üzə çıxarılıb.

O, Y.V.Çəmənzəminlinin 1918-1920-ci illərdə Krımın Ağməscid (Simferopol) şəhərində nəşr olunan “Millət” qəzetində dərc edilmiş, indiyədək haqqında məlumatımız olmayan 30-a yaxın məqaləsini aşkar edib.

“Yusif Vəzirov”, “Y.” imzaları ilə çap edilən bu məqalələr yazıçının ədəbi irsinin, Azərbaycan-Krım ədəbi əlaqələrinin öyrənilməsi baxımından böyük maraq kəsb edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın