Menu
Geri İrəli

Nəriman Həsənzadə Sumqayıtda – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2016 • Baxış sayı: 739 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Poeziya Evində Azərbaycanın xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib.

Tədbiri şairin “Zirvə” şeiri ilə açan Əli Kərim adına Poeziya Klubunun direktoru, şair İbrahim İlyaslı yubilyar şairin ömür və yaradıcılıq yolundan söz acdı və şairi yubileyi münasibətilə təbrik edib.

Sonra söz zaman-zaman Nəriman Həsənzadə haqqında sanballı ədəb-tənqidi məqalələr yazmış ədəbiyyatşünas alimlərə – professor Rüstəm Kamala və məşhur tənqidçi Vaqif Yusifliyə verilib. Hər iki alim-tənqidçi Nəriman Həsənzadə yaradıcılığına fərqli münasibətlərini bildiriblər. Sumqayıt ədəbi camiəsinin öncül namayəndələri, şair Əşrəf Veysəlli və Ofelya Babayeva çıxış edərək şairlə bağlı maraqlı xatirələrini bölüşüb.

Yubiley gecəsinə öz musiqi çələngi ilə rəng qatan məşhur Aşıq İlham Aslanbəyli, tanınmış xanəndə Təhmiraz Şirinsəs, Aşıq Şəhriyar Qaraxanlı, Aşıq Pəri məclisinin gənc nümayəndələri, habelə şairin şeirlərini söyləyən sumqayıtlı bədii qiraətçilər Gülbəniz Abbasova, Amil Babayev və Elvin Əlizadə öz çıxışları ilə ədəbi-bədii gecəni daha da rəngarəng ediblər.

Tədbirin gedişiboyu fasilələrlə və sonda öz ürək sözlərini dilə gətirən xalq şairi Nəriman Həsənzadə oxuculara öz ömürlüyünün bəzi ilginc məqamlarını çatdırıb və şeirlərindən örnəklər söyləyib, Sumqayıtda son zamanlar gedən quruculuq işlərindən söz açıb və tədbirin təşkilatçılarına öz səmimi minnətdarlığını bildirib.

15171096_1186827341411443_1152964697621514823_n 15181626_1186836374743873_8596466999588546281_n 15192662_1186825748078269_3114946762849124273_n 15193539_1186825774744933_8083621719349060164_n 15193612_1186825911411586_1515060408946452173_n 15203241_1186836351410542_3397419837817889786_n 15230572_1186825741411603_8664074511483411323_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın