Menu
Geri İrəli

2 saata 4,3 mlrd dollar qazandı

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2016 • Baxış sayı: 467 dəfə • Şərh yoxdur

mark3“Facebook” sosial şəbəkəsinin sahibi Mark Tsukerberq NASDAQ  elektron birjasında iki saat ərzində gəlirini 4,3 mlrd dollar artırmağa müvəffəq olub.

APA bildirir ki, bu barədə “Forbes”un məlumatında deyilir.

Qeyd edək ki, Mark Tsukerberq hazırda  dünyanın ən zəngin insanları  reytinqində 6-cı pillədə qərarlaşıb.

32 yaşlı milyarderin sərvətinin dəyəri 51.8 mlrd dollar təşkil edir.

Qeyd edək ki,  ”Facebook” rüblük hesabatında gəlirlərinin analitiklərin proqnozlaşdırdıqlarından  çox olduğunu açıqladıqdan sonra şirkətin səhmlərinin dəyəri 10 faizədək qalxıb.

Şirkətin xalis gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə artıb.

Bundan başqa, “Facebook” sosial şəbəkəsi fəal istifadəçi auditoriyasını 15 faiz artıraraq 1,65 mlrd nəfərə çatdırıb.

Milli.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın