Menu
Geri İrəli

Ağdaşda faciə: iki avtomobil toqquşdu, ailənin 5 üzvü xəsarət aldı

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2017 • Baxış sayı: 156 dəfə • Şərh yoxdur

QEZA3Ağdaşda eyni ailədən nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Bak-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsindən keçən hissəsində “VAZ-21011” markalı minik avtomobili ilə “QAZel” markalı yük avtomobili toqquşub. Nəticədə Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Musayeva Billurə Mamed qızı, onun bacısı, Goranboy sakini, 1968-ci il təvəllüdlü Məmmədova Lətafət Mamed qızı, Gəncə sakini, 1984-cü il təvəllüdlü Musayev Məqsəd Maqsud oğlu, onun 3 aylıq uşağı Musazadə Maqsud Məqsəd oğlu, Goranboy sakini, 2007-ci il təvəllüdlü Məmmədov Nahid Xalid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın