Menu
Geri İrəli

Akif Çovdarovun işində ŞOK OLAY: zərərçəkmiş şəxs həbsxanada öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Sentyabr 2016 • Baxış sayı: 993 dəfə • Şərh yoxdur

covdarov-mehkeme2Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Baş Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri – Azər Quliyev saxlanıldığı cəzaçəkmə müəssisəsində ölüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tibb Baş İdarəsindən APA-ya verilən məlumata görə, A. Quliyev avqustun 20-də saxlanıldığı müəssisədə vəfat edib. Onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, “Azərtikinti ATF” MMC-nin direktoru olan A. Quliyev bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın