Menu
Geri İrəli

Avropada müsəlmanlara münasibətin STATİSTİKASI

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyul 2016 • Baxış sayı: 446 dəfə • Şərh yoxdur

islam“Pew” tədqiqat məkəzi Avropada müsəlmanlara münasibətin ən son statistikasını açıqlayıb.
SalamNews-un verdiyi xəbərə görə, Böyük Britaniyada bu il müsəlmanlara neqativ münasibət ötən ilə nisbətən 28%, İspaniya və İtaliyada müvafiq olaraq 50 və 60% artıb. Macarıstanda isə bu faiz göstəricisi 72-dir.

Sorğuda iştirak etmiş Macarıstan əhalisinin 76%-i terror aktlarını qaçqınlarla əlaqələndirir. Polşada isə bu fikri insanların 71%-i bölüşür.

Müqayisə aparsaq, təkcə İspaniya əhalisi terroru qaçqınlarla əlaqələndirməkdə iddialı deyil – 40%.

Bu cür tədqiqatları və sorğuları şərh edən “Avropa müsəlmanları: “başqa” avropalılar” kitabının müəllifi, London institutlarından birinin dosenti H.Hellerə görə, sorğuların nəticələri təəccüblü deyil, çünki antimüsəlman mövqeyinin dünya siyasi arenasına göstərdiyi genişmiqyaslı təsir nəzərə alınmalıdır.

Digər bir tədqiqat qrupu “Pew Research” isə dünya müsəlmanlarının öz dini borclarını necə yerinə yetirdiklərinin statistikasını dərc edib.

Sorğu nəticələrinə əsasən, İsraildə yaşayan müsəlmanlar öz dinlərinə xristian və yəhudilərə nisbətən daha çox hörmətlə yanaşırlar, lakin sorğuya cəlb edilmiş İsrail müsəlmanlarının yalnız 68%-i dini öz həyatının vacib elementi hesab edib.

Qeyd edək ki, bu amillə bağlı göstərici Mərakeşdə 89%, Fələstində 85%-dir.

İsrail müsəlmanlarının 66%-i zəkat verməyi mütləq hesab edirsə, mərakeşlilərin 92%-i bunu vacib bilir.

Sorğunun nəticələri Ramazan orucunun icrasının da fərqli rəqəmlər göstərdiyini deməyə əsas verir, belə ki, İsrail müsəlmanları arasında bu faiz göstəricisi 83, Mərakeş və Tunisdə müvafiq olaraq 98 və 96-dır.

Din tədqiqatçıları və mütəxəssislər dini qayda-qanunlara əməletmənin müsəlmanların yaşadıqları ölkələrdə islama münasibət və ictimai həyatla birbaşa əlaqəli olduğunu bildirirlər.

İsrail, Mərakeş və Tunis müsəlmanlarının timsalında bu fakt özünü bir daha göstərir.

Müşahidəçilər onu da vurğulayırlar ki, müsəlman cəmiyyətində qeyri-müsəlmanlara münasibət barədə sorğu aparılarsa, islam ardıcıllarınn digər dinlərə etiqad edənlərə münasibətinin çox pozitiv olduğunun şahidi olacaqlar. Çünki bütün peyğəmbərləri tanımağın vacibliyi, mehribançılıq və sülh kimi humanist məziyyətlər islamın tələb etdiyi şərtlərdəndir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın