Menu
Geri İrəli

Axtarışlar nəticə verməyib, itkin düşənlərdən tapılan olmayıb- SON MƏLUMAT

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2015 • Baxış sayı: 309 dəfə • Şərh yoxdur

c20899da7f779830d603e04ab366ae64“Təəssüflər olsun ki, bütün cəhdlərə baxmayaraq, SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb”.

“APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

“Saat 23:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir. Axtarış tədbirləri yalnız gəmilərlə aparılır, hava işıqlanan kimi helikopterlər də axtarış tədbirlərinə qoşulacaqlar”, – deyə B. Ağarəhimov bildirib.

Baş mühəndis əlavə edib ki, SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi dənizdəki qərargah 5 nömrəli platformadan “Nefteqaz-62″ gəmisinə köçürülüb: “Qərargah 10-cu özülə nisbətən də yaxınlaşıb. Artıq dizel generatoru vasitəsilə 10-cu özülün müəyyən hissəsinə enerji vermək mümkün olub. Orada projektorlar qurulub, təmir briqadaları işlərin böyük hissəsini görüblər. Paralel olaraq qonşu özüllərdə xüsusi tərtibatların hazırlanması işləri gedir. Yanğının söndürülməsi prosesi platformanın üzərində aparılacaq. SOCAR prezidentinin göstərişinə əsasən, sabah, günün birinci yarısı qərargah özülün üzərinə köçürüləcək”.

O qeyd edib ki, hazırda yanğının söndürülməsi prosesində 5 gəmi iştirak edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın