Menu
Geri İrəli

AZAL biletlərinin qiymətini endirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2015 • Baxış sayı: 525 dəfə • Şərh yoxdur

teyyareAzərbaycan Hava Yolları Bakı-İstanbul/Sabiha Gökçen-Bakı istiqamətindəki uçuşlarında xüsusi aksiyaya başlayıb.

“Azərbaycan Hava Yolları” QSC-dən Axar.az-a verilən məlumata görə, aksiya çərçivəsində uçuş biletlərində endirim edilib.

Biletlərin satış müddəti və uçuş may ayının 5-dən 24-nə kimi davam edəcək. Aksiya çərçivəsində eyni istiqamətdə 330 manat olan biletlərin qiyməti 273 manat civarındadır.

Həmçinin, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Səfər müddəti 1 ay təşkil edə bilər. Bu siniflər üzrə mile-ballar (endirim fürsəti) hesaba əlavə olunmur. Qiymətə yığımlar və rüsumlar da daxildir.

Daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırıması üçün Çağırış Mərkəzinə müraciət etmək olar: +(99412) 598-88-80 *8880.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın