Menu
Geri İrəli

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Aprel 2016 • Baxış sayı: 333 dəfə • 1 şərh

424410Cəbhədə ermənilərlə döyüşdə şəhid olan 1996-cı il təvəllüdlü əsgər Baxşəliyev Rəşid Əliağa oğlu bu gün Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

APA bildirir ki, dəfn mərasimində Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron, Zəngilan və Qubadlı İcra hakimiyyətlərinin rəhbərliyi, Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yaylım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhid torpağa tapşırılıb.
Şəhidin tabutuna çəkilən döyüş bayrağı yaxınlarına təqdim olunub.
Dəfndə “Şəhidlər ölməz, vətən bölünməz!” şüarı səsləndirilib.

Qeyd edək ki, şəhid Baxşəliyev Rəşid Əliağa oğlu Abşeron Gənclər şəhərciyində yaşayıb. 

Facebook Şərhləndirmə:

“Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib” yazısına bir cavab

  1. xuraman deyir:

    Vətənimizin qeyrətli oğulları ilə fəxr edirik.Allah rəhmət eləsin! AMİN.ŞƏHİDLƏRİMİZ TƏK BİR AİLƏNİN OĞLU YOX,BÜTÜN AZƏRBAYCANIMIZIN HƏR BİR AİLƏSİNİN OĞULLARISINIZ.

Şərhinizi yazın