Menu
Geri İrəli

Azərbaycan prezidentindən sərt Myanma bəyanatı

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2017 • Baxış sayı: 231 dəfə • Şərh yoxdur
Share Button

sammitAzərbaycan Prezidenti: Myanmada müsəlmanlara qarşı qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində çıxışında bildirib ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir. Biz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparırıq.

“Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, sentyabrın 8-də Azərbaycan Rohingiya qaçqınlarına humanitar yardım — 100 ton ərzaq məhsulu göndərmişdir” — deyə dövlət başçısı qeyd edib.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın