Menu
Geri İrəli

Azərbaycanda canavarlar kəndə hücum etdi – ŞOK TƏFƏRRÜAT

Müəllif: sumqayitxeber.com • Tarix: 31 May 2016 • Baxış sayı: 167 dəfə • Şərh yoxdur

6f90724aaaa306b5cc8af462b37f6296

İsmayıllı rayonunda canavarlar mal-qaraya hücum edib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Qalıncaq kənd sakini, 1953-cü il təvəllüdlü Məmmədov Sahib Murad oğlu ötən gün axşam saatlarında kənd sakinləri Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyunları örüşdən gətirərkən 4 canavarın hücumuna məruz qalıb.

S. Məmmədov canavarları qovmaq istəyərkən əl, qol, cənə və boğazından ağır xəsarətlər alıb.

Canavarlar 6 baş qoyunu öldürüb, mal-qaraya isə xəsarətlər yetirib.

Sahib Məmmədov İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub, mal-qaraya isə yerli baytar həkimlər tibbi yardım göstəriblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın