Menu
Geri İrəli

Azərbaycanda qadın batalyonları yaradıla bilərmi?

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Mart 2016 • Baxış sayı: 87 dəfə • Şərh yoxdur

arzu nagiyevUkraynada Donbas separatçıları və Krımın azadlığı uğrunda mübarizə məqədi ilə qadınlardan ibarət batalonların yaradılmasına start verilib. Qısa müddət ərzində xeyli sayda ukraynalı qadının bu batalyonlarda xidmət etmək üçün müraciət etdiyi bildirilir.

Marqlıdır, Qarabağ probleminin hələ də öz həllini tapmadığı Azərbaycanda da qadın batalyonlarının yaradılması mümkündürmü? Belə bir addım ümumilikdə cəmiyyətdə döyüş və vətənpərvərlik əhval-ruhiyyəsinin yaranmasına təkan verə bilərmi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ”Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev Azərbaycanda qadın batalyonlarının yaradılmasının bu gün üçün aktuallıq kəsb etmədiyini bildirsə də, dünyanın bir çox dövlətlərində qadınlardan hərbin müxtəlif sahələrində istifadə edildiyinə diqqət çəkdi:

“Dünyanın bəzi dövlətlərində belə bir praktika var. Məsələn, İsrail ordusu dünyada ən döyüşkən ordulardan biridir. İsraildə həddi-buluğa çatmış hər bir qadın iki il müddətində hərbi xidmətə cəlb olunur. Bundan başqa, bu yaxınlarda Türkiyə tərəfi bəyan etdi ki, könüllülük prinsipi əsasında qadın batalyonları yaratmaq fikirləri var. Yəqin ki, yaxın gələcəkdə bu istiqamətdə müvafiq addımlar atılacaq. Ukraynada da qadın batalyonlarının yaradılması istiqamətində iş aparılır. Burada əsas məsələ işin könüllülk və ya məcburilik prinsipi əsasında aparılması ilə bağlıdır. Azərbaycanda məcburi hərbi xidmət yalnız kişilərə şamil edilir. Qadınlardan ibarət batalyonların yaradılması məsələsi isə hələ ki, aktual deyil. Lakin dünyada qadınlardan hərbin müxtəlif istiqamətləri – xüsusilə də snayper hazırlığı məsələsində istifadə edildiyi də bir həqiqətdir. Azərbacanda həm milli mentalitet, həm adət-ənənələr baxımından qadınlarla kişilərin eyni batalyonlarda xidmət etməsi məqsədəuyğun hesab edilmir. Yəqin ki, müəyyən zamandan sonra bunun da tətbiqi reallaşa bilər. Əgər bunlar dünya hərbi praktikasında tətbiq olunursa, yəqin ki, Azərbaycan praktikasında da tətbiq edilə bilər. Bu, vətənpərvərlik ruhunun da müəyyən qədər yüksəlməsinə səbəb ola bilər.

Bu batalyonlardan harda, necə, hansı şəraitdə istifadə edilməsi də mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Dünya müharibəsindən tutmuş bir çox müharibələrdə qadınların hərbi bacarığından istifadə edilib və bundan sonra da istifadə ediləcək”.

 

Seymur Əliyev

Facebook Şərhləndirmə:

Şərhinizi yazın