Menu
Geri İrəli

Azərbaycanda şiddətli istilər davam edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2016 • Baxış sayı: 260 dəfə • Şərh yoxdur

gunes_hava_2Avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya DepartamentindənLent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti olacağı gözlənilir. Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava yağmursuz keçəcək, şərq küləyi ayrı-ayrı arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın