Menu
Geri İrəli

Azərbaycanlılar İstanbuldan imtina edir – TERROR TƏHLÜKƏSİ

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2016 • Baxış sayı: 470 dəfə • Şərh yoxdur

Atatürk hava limanında baş vermiş terror aktı səbəbilə AZAL sərnişinlərinin biletləri qaytarması halları artıb. 
azal_plane_160615_5

Bu barədə AzVision.az-ın sorğusuna xavab olaraq Azərnaycan Hava Yolları (AZAL) QSC-dən bildirilib.
Məlumatda qeyd edilib ki, baş vermiş terrort aktı ilə əlaqədar əvvəlki günlərlə müqayisədə, aviaşirkətin İstanbul istiqamətindəki uçuşlarında sərnişinlər tərəfindən aviabiletlərin qaytarılması halları artıb.
“Qeyd etmək istəyirik ki, sərnişinlərin rahatlığını düşünərək, aviaşirkət tərəfindən qəbul olunmuş qərara əsasən, “Azərbaycan Hava Yolları”-nın 28 iyun-05 iyul 2016-cı il tarixlərindəki Türkiyə istiqamətindəki uçuşlarına öncədən aviabiletlər əldə etmiş sərnişinlər (onların istəkləri əsasında) həmin aviabiletləri 15 iyul 2016-cı il tarixinə kimi, istədikləri tarixlərə pulsuz dəyişdirə və ya bu aviabiletləri cəriməsiz qaytara bilərlər.
Xüsusən qeyd etmək istəyirik ki, “Azərbaycan Hava Yolları” Türkiyə istiqamətindəki uçuşları öncədən təsdiq olunmuş uçuş cədvəlinə əsasən müntəzəm olaraq həyata keçirilir və heç bu istiqamətlər üzrə heç bir uçuşun ləğvi nəzərdə tutulmur”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın