Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda qanunsuz avtobuslara qarşı reyd keçirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Aprel 2017 • Baxış sayı: 618 dəfə • Şərh yoxdur

188734_res_01Bu gün səhər saatlarından başlayaraq Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslara qarşı reydlər başlayıb.

Virtualaz.org xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçirdiyi reyd zamanı sərnişindaşıma qaydalarını pozan sürücülər saxlanılaraq inzibati məsuliyyətə cəlb edilir. BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, sənədləri qaydasında olan, konstruksiya dəyişikliyi olmayan və sərnişindaşıma qaydalarını pozmayan mikroavtobuslar saxlanılmır.

Qeyd edək ki, ötən ay Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub, sonra dəmir manelərə dəyib. Qəza zamanı mikroavtobusda 28 tələbə olub. Onlardan 5-i dünyasını dəyişib. Məlum qəzadan sonra qanunsuz sərnişindaşıma problemi yenidən gündəmə gəlib.

Reyd zamanı məlum olub ki, saxlanılan avtomobillərin əksəriyyətinin lisenziyası yoxdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın