Menu
Geri İrəli

Bakıda köçkünlərin yataqxanasındakı güclü yanğının səbəbi bilindi – HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2017 • Baxış sayı: 660 dəfə • Şərh yoxdur
Share Button

Yasamalda yanan yataqxanada yanğının söndürülməsi ilə bağlı işlər davam etdirilir. Bu barədə Lent.az-a Yasamal rayon Dövlət Yanğından Mühafizə hissəsindən məlumat verilib. Bildirilib ki, ətraf rayonlardan hadisə yerinə xeyli texnika və canlı qüvvə cəlb edilib. Yanğın lokallaşdırılıb və onun tamamilə söndürülməsi istiqamətində iş aparılır.

Yanğının baş verməsinə təzə çəkilən işıq xətlərinin səbəb olduğu deyilir. Sakinlər bildirib ki, bu, yataqxanada baş verən 3-cü yanğındır.

Yasamalda məcburi köçkünlərin yataqxanasında baş vermiş yanğınla əlaqədar hadisə yerinə 3 təcili tibbi yardım briqadası göndərilib. Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a bildirilib ki, hələ hospitalizasiya edilən yoxdur. Binada qalıb qalmayanlarla bağlı iş gedir.

Yataqxana binasının qabağında xırda tikililərin olması yanğınsöndürən maşınların binaya tam yaxınlaşmasına mane olur. Panikaya düşən sakinlər də yanğınsöndürənlərin işinə əlavə maneə yaradırlar.

***

14:02

Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1-də məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın başlayıb.

Lent.az-ın hadisə yerində olan əməkdaşının xəbərinə görə, yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edir. Binanın bir bloku tamam yanıb. Yanğın yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyəti nəzarətə almaq üçün əlavə yanğınsöndürmə briqadalarının əraziyə cəlb edilməsi xahiş edilib.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Yataqxanada yaşayan insanlar təxliyə olunub.

887a4f8b886ea383b0f9adb002666b84 b8ac6dd30908c945d3df1edb5057d256 e5194dd5955001260f4a1e2f10c28cdf

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın