Menu
Geri İrəli

BAKIDA MƏHƏBBƏT DRAMI: sevgilisini gizləndiyi evdə tapıb öldürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2017 • Baxış sayı: 296 dəfə • Şərh yoxdur

d2dafc1ac041c50b8c544f3bf54c81baİyunun 23-nə keçən gecə Bakı şəhərinin Yasamal rayonu ərazisində İbrahim Əbilov küçəsi 60 ünvanında (keçmiş Sovetski) yerləşən mənzilə basqın edib qətl törədən şəxs tutulub. Lent.az-ın əldə etdiyi məlumata görə, həmin ünvanda 28 yaşlı Əliyeva Mahirə Tofiq qızını bıçaqlayaraq öldürən, ev sahibi Mətanət Həsənova və oğluna isə xəsarətlər yetirən şəxsin 1991-ci il təvəllüdlü Sənan Məmmədov olması müəyyən edilib və o tutulub.

Bildirilir ki, S.Məmmədovla Mahirə Əliyeva bir müddət qeyri-rəsmi nikahda yaşayıb. Sonra qız ondan ayrılıb və Mətanət Həsənovanın evində kirayə yaşamağa başlayıb. Ünvanı öyrənən Sənan ötən gecə 3 dostu ilə ora gəlib və Mahirəni aparmağa çalışıb. Qızın müqavimət göstərdiyini görən ev sahibəsi ilə oğlu müdaxilə etməyə çalışıb və bu zaman qanlı cinayət baş verib.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın