Menu
Geri İrəli

Bakıda polis avtomobili qəzaya düşdü – Ölən və yaralanan polislər var… / VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 30 May 2017 • Baxış sayı: 371 dəfə • Şərh yoxdur

716301Bakıda polis avtomobili minik avtomobili ilə toqquşub.

Hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində, “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.

Səbail Rayon Polis İdarəsinə məxsus “Fiat Doblo” markalı avtomobil “Porsche” markalı avtomaşınla toqquşub.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzanın görüntülərini Orxan Kərimov adlı “Facebook” istifadəçisi öz səhifəsində paylaşıb. //APA

Facebook Şərhləndirmə:

Şərhinizi yazın