Menu
Geri İrəli

Bəxtiyar Hacıyevin işi məhkəməyə göndərilir – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Avqust 2016 • Baxış sayı: 799 dəfə • Şərh yoxdur

bextiyar2Bəxtiyar Hacıyevin işi 27-ci poli s bölməsindən məhkəməyə göndərilir. Bu barədə Lent.az-a B.Hacıyevin özü məlumat verib. O bildirib ki, hazırda sənədlərin hazırlanmasını gözləyir. Sənədlər hazırlandıqdan sonra iş Yasamal Rayon Məhkəməsinə göndəriləcək.

**
14:09
Yasamal rayon 27-ci polis bölməsindən Lent.az-a bildirilib ki, hazırda bölmədə vətəndaş Bəxtiyar Hacıyevdən izahat alınır. Bölmədən bildiriblər ki, dövlət yol polisinin əməkdaşı B.Hacıyev barəsində raport yazıb.

**
13:16
Deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev yol polisi əməkdaşının təzyiqinə məruz qaldığını bildirib. Bu barədə Lent.az-a Bəxtiyar özü məlumat verib.

O iddia edib ki, yol polisi əməkdaşı kameraların qarşısında ona fiziki güc tətbiq edib. Yol polisi əməkdaşı da eyni zamanda B.Hacıyevdən şikayətçi olub. O da öz növbəsində Hacıyevin ona fiziki güc tətbiq etdiyini iddia edib. Hazırda hər iki şəxs Yasamal rayon 27-ci polis bölməsinə gedir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın