Menu
Geri İrəli

Bill Qeytsin reallaşması mümkün 7 bəşəri proqnozu

Müəllif: sumqayitxeber.com • Tarix: 20 May 2017 • Baxış sayı: 348 dəfə • Şərh yoxdur

Məşhur biznesmen və milyarder Bill Qeytsin verdiyi proqnozlar əksər hallarda düz çıxır. Məhz o, sosial şəbəkələr ilə smartfonların məşhurlaşacağını öncədən görmüşdü.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, “Business Insider” portalı “Microsoft” şirkətinin təsisçisinin 7 yeni proqnoz siyahısını tərtib edib. Həmin proqnozların gələcəkdə reallaşması ehtimalı çox böyükdür.

1. 10-15 ildən sonra bioterrorçular, süni virus yaradacaqlar.

Bu ilin Fevral ayında Münhendə təhlükəsizlik mövzusunda keçirilmiş konfrans zamanı Bill Qeyts qeyd etmişdi ki, insanlıq üçün olan ən böyük təhlükələrdən biri, hava yolu ilə yoluxan zərərli mikroorqanizmlərdir hansılar ki, laboratoriya şəraitində sintezləşdirilir. Bill Qeytsin fikrincə bioterrorçular artıq bu cür virusların hazırlanması üzrə işlər görürlər. Sintetik suçiçəyi və ya superqrip virusu digər xəstəliklərdən daha şiddətli və ölümcül ola bilərlər. Qeyts öz proqnozunu epidemioloqların fikrinə əsaslandırır. Belə ki, onların fikrincə yaxın 10-15 il ərzində təhlükəli viruslar inkişaf edəcəklər. Təkmilləşdirilmiş mikroorqanizm, bir il ərzində 33 milyon insanın tələf olmasına gətirib çıxara bilər. Məhz buna görə Bill Qeyts ilə onun həyat yoldaşının birlikdə qurduqları xeyriyyəçilik fondu bütün dünya üzrə müxtəlif viruslara qarşı dərmanların paylanması ilə məşğul olur.

2. 15 ildən sonra texnologiyalar Afrikadakı aclığa son qoyacaq.

2015-ci ildə Bill Qeyts, Afrikada kənd təsərrüfatının 50% artacağını bildirmişdi. Beləliklə Afrika aclığa qalib gələ biləcək. Hələki Afrika hər il 50 milyard dollar dəyərində ərzaq yardımı əldə edir. Bununla yanaşı Sahara səhrasının cənubunda olan ölkələrin əhalisinin 70%-i kənd təsərrüfatı ilə məşğul olur. “15 ildən sonra bu acınacaqlı paradoks innovasiyalı texnologiyaların sayəsində yoxa çıxacaq. Alimlər artıq təkmilləşdirilmiş bitkilər hazırlayıblar. Həmin bitkilər böyük miqdarda qidalandırıcı maddələrə və istənilən xəstəliyə qarşı immunitetə sahibdirlər. Bundan əlavə olaraq təkmilləşdirilmiş bitkilər daha çox məhsuldarlıq verirlər. Nəzəri cəhətdən afrikalı fermerlər bu bitkilər vasitəsilə öz məhsuldarlıqlarını artıra bilərlər” – deyə Bill Qeyts bildirmişdir.

3. 2030-cu ildə mobil banklar kasıb təbəqənin sayını azaldacaq.

Kasıb ölkələrdə insanların keyfiyyətli tibbi xidmətə, ərzaqa, təhsilə və daşınmaz əmlaka verməyə vəsaitləri yoxdur. Qeytsbunun səbəbini əhalinin böyük hissəsinə kredit və sığorta resursunu verməyən bank infrastrukturunda görür. Lakin son zamanlarda bu vəziyyət dəyişir. Məsələn Keniya, Uqanda və Afrikanın digər ölkələrində M-PESA adlı mobil maliyyə sistemi fəaliyyət göstərir. Bu sistem vasitəsilə bank hesabları olmayan insanlar məhsul və xidmət haqlarını nağdsız formada ödəyə bilirlər. “2030-cu ildə hal-hazırda bank hesabına sahib olmayan 2 milyard insan öz vəsaitlərini mobil telefonlarda saxlayacaq və onun vasitəsilə ödəməni reallaşdıracaqlar. Həmin vaxtda onlar üçün maliyyə servislərinin bütün spektrləri aktiv olacaq” – deyə Bill Qeyts bildirmişdir.

4. 2035-ci ilə kimi kasıb ölkələr olmayacaq.

Bill Qeyts əmindir ki, digər ölkələrdən olan yardımlar sayəsində 2035-ci ilə kimi bir çox ölkələrdə kasıblığa son qoymaq mümkün olacaq. Kasıblıq barəsində danışanda Qeyts, Ümumdünya Bank tərəfindən qəbul edilmiş müəəyənləşdirmədən istifadə edir. Həmin müəyyənləşdirməyə əsasən kasıb əhaliyə o insanlar daxildir hansıların ki, gündəlik büdcələri 1.9$ göstəricini keçmir. “Demək olar ki, bütün ölkələr orta səviyyədən bir qədər aşağı qazanca və ya daha yüksəyinə sahib olacaqlar. Dövlətlər öz uğurlu qonşularından təcrübə əldə edərək yeni dərmanlar, təkmilləşdirilmiş bitkilər və rəqəmsal inqilabın hesabına inkişaf edəcəklər” – deyə Bill Qeyts bildirmişdir.

5. 15 ildən sonra bərpa olunan energetika, karbohidrogen energetikaya qalib gələcək.

Ən vacib proqnozlardan birini Bill Qeyts hələ 2016-cı ildə vermişdi. O bildirmişdi ki, 15 ildən sonra külək, günəş və digər bərpa olunan energetika sahələri planetin böyük bir hissəsini elektriklə təchiz edəcək. Qeytsin olduğu bir çox ölkələrdə insanlar su kəmərinə və elektrik enerjisinə sahib deyillər. Onlar gecələr öz evlərini işıqlandıra, öz bizneslərini qura və ya tibbi mərkəz yarada bilmirlər. “Əgər siz təmiz və ucuz enerji mənbəyi tapsanız, onda bu hadisə nəinki iqlim dəyişikliklərinə son qoyacaq, hətta milyonlarla kasıb ailənin həyatını dəyişəcək” – deyə Bill Qeyts bildirmişdir.

6. 20 il ərzində robotlar iş yerlərini işğal edəcəklər.

Qeytsin fikrincə növbəti 20 il ərzində inkişaf etmiş və inkişafda olan bir çox ölkələrdə olan mağaza, anbar və zavodlar adi işçiləri robotlarla əvəz edəcəklər. Sahədən asılı olaraq avtomatlaşdırma sistemi minlərlə və milyonlarla iş yerinin itirilməsinə gətirib çıxacaraq. Bunun hamısı bir anda baş verəcək. Qeyts, robotlara vergilərin təyin edilməsini təklif edir. Bu, adi işçiyə təyin edilmiş vergiyə bənzəyir. Həmin vergilər sayəsində yığılacaq vəsaitlər ilə isə insanlara gəlirin və müavinətin digər bir növünün verilməsi mümkün ola bilər.

7. 2019-cu ildə poliomielit (sinir sisteminin zədələnməsi nəticəsində əzələlərin iflici) tamamilə yox olacaq.

2016-cı il üzrə olan statistikalara əsasən dünyada yalnız 37 poliomielit hadisəsi qeydə alınmışdır. 1980-ci ildə bu göstərici il ərzində 400 hadisə nisbətində idi. Qeyts əmindir ki, müəyyən vaxtdan sonra poliomielit, yox olacaq ikinci xəstəlik hesab ediləcək. “Poliomielit üzrə dünya təşkilatı növbəti 6 il ərzində bu xəstəliyin yox edilməsi üçün planın hazırlanmasını sona çatdırır” – deyə Bill Qeyts bildirmişdir.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın