Menu
Geri İrəli

Bu gün “Qarabağ”la “Qəbələ”nin rəqibləri müəyyənləşəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Avqust 2016 • Baxış sayı: 337 dəfə • Şərh yoxdur

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.
pushkatma
“Report”un məlumatına görə, Monakoda təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçiləri “Qarabağ” və “Qəbələ”nin də rəqibləri müəyyənləşəcək.

Hər iki klub ən aşağı reytinqlilərin olduğu 4-cü səbətdə yer alıb. Onlar digər 3 səbətdən reytinqcə yüksək komandalarla eyni qrupa düşəcəklər.

Ümumilikdə 48 komanda 12 qrupa bölünəcək. Qrup oyunları sentyabrın 15-də və 29-da, oktyabrın 20-də, noyabrın 3-də və 24-də, həmçinin dekabrın 8-də keçiriləcək.

1-c səbət: “Şalke” (Almaniya), “Zenit” (Rusiya), “Mançester Yunayted” (İngiltərə), “Şaxtyor” (Donetsk, Ukrayna), “Atletik” (İspaniya), “Olimpiakos” (Yunanıstan), “Vilyarreal” (İspaniya), “Ajaks” (Hollandiya), “İnter” (İtaliya), “Fiorentina” (İtaliya), “Anderlext” (Belçika), “Viktoriya” (Plzen, Çexiya)

2-ci səbət: AZ (Alkmaar, Hollandiya), “Braqa” (Portuqaliya), “Zalzburq” (Avstriya), “Roma” (İtaliya), “Fənərbağça” (Türkiyə), “Sparta” (Praqa, Çexiya), PAOK (Yunanıstan), “Styaua” (Rumıniya), “Genk” (Belçika), APOEL (Kipr), “Standard” (Lyej, Belçika), “Sent-Etyen” (Fransa)

3-cü səbət: “Gent” (Belçika), “Yanq Boyz” (İsveçrə), “Krasnodar” (Rusiya), “Rapid” (Vyana, Avstriya), “Slovan” (Liberets, Çexiya), “Selta” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Feyenoord” (Hollandiya), “Austria” (Avstriya), “Maynts” (Almaniya), “Sürix” (İsveçrə), “Sautgempton” (İngiltərə)

4-cü səbət: “Panatinaikos” (Yunanıstan), “Sassuolo” (İtaliya), “Qarabağ” (AZƏRBAYCAN), “Astana” (Qazaxıstan), “Nitsa” (Fransa), “Zarya” (Luqansk, Ukrayna), “Astra” (Curcu, Rumıniya), “Konyaspor” (Türkiyə), “Osmanlıspor” (Türkiyə), “Qəbələ” (AZƏRBAYCAN), “Hapoel” (Beer-Şeva, İsrail), “Dandolk” (İrlandiya).

Facebook Şərhləndirmə:

Şərhinizi yazın