Menu
Geri İrəli

Çaqqallar Ağdaşda kənd sakinlərinə hücum etdi: 5 nəfər xəsarət alıb – ADLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Sentyabr 2017 • Baxış sayı: 106 dəfə • Şərh yoxdur
Share Button
caqqalAğdaş rayonunda çaqqallar kənd sakinlərinə hücum edib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bulaqotağı kəndində qeydə alınıb.
Küçədə və həyətyanı ərazidə olan kənd sakinləri- 1987-ci il təvəllüdlü İbrahimov Valeh Mübariz oğlu, 1942-ci il təvəllüdlü Qarayeva Hamilə Şəmi qızı, 2001-ci il təvəllüdlü Hacıyev Vüqar Yadigar oğlu, 2005-ci il təvəllüdlü Əzizov Sultan Əziz oğlu və 1976-cı il təvəllüdlü Məmmədov Rəşad Nizami oğlu qəflətən çaqqalların hücumuna məruz qalıb.
Quduz heyvanlar kənd sakinlərinin əl və ayaqlarını dişləyərək onlara xəsarət yetiriblər. Çaqqalları öldürmək mümkün olmayıb. Yaralılar təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb, onlara quduzluğa qarşı vaksin vurulub.
Kənd sakinləri tez-tez tülkü, çaqqal və canavarların mal-qaraya, toyuq-cücəyə, insanlara hücum etdiyini bildiriblər.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın