Menu
Geri İrəli

Dilqəm Əsgərovun oğlu atasının məktubundakı qaralanmış sətirləri oxutdurub

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2015 • Baxış sayı: 376 dəfə • Şərh yoxdur

“Atamın son göndərdiyi məktubda 4-5 cümlə qaralanmışdı. Mən həmin yerləri oxutdurdum. Qaralanmış yerlərdə bildirirdi ki, heç bir günahı yoxdur”.

dilqem esgerovBunu ANS PRESS-ə açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə,görə atasından son dəfə bir ay bundan qabaq məktub alıblar.

Kürdoğlu Əsgərov həmçinin bildirib ki, atası məktubda ona qarşı sürülən iddiaların hamısını yalanlayıb.

“Atamın və Şahbaz Quliyevin səhhəti ilə bağlı bizə heç bir məlumat verilmir. Biz Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakı nümayəndəliyinə dəfələrlə müraciət etsək də hələ ki heç bir nəticəsi yoxdu”, – deyə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Bir müddət əvvəl də Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov BQXK-nın Dilqəm Əsgərovla bağlı çatdırdığı məlumatlara inanmadığını bildirmişdi. O həmçinin BQXK, ATƏT, BMT-nin İnsan Hüquqları, Qaçqınlar üzrə Ali Komissarlığa müraciət etdiyini, lakin heç bir cavabın verilmədiyini demişdi.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın