Menu
Geri İrəli

DİQQƏT: Bakının mərkəzi prospekti bağlanır

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Avqust 2016 • Baxış sayı: 545 dəfə • Şərh yoxdur

neftcilerBakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin, piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektinin, Azneft dairəsindən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə edirik.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın