Menu
Geri İrəli

Əli İnsanovun YENİ İTTİHAMI bəlli oldu: tərkibində narkotik maddə olan… – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Avqust 2016 • Baxış sayı: 386 dəfə • Şərh yoxdur

eli insanoHəbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı irəli sürülən yeni ittihamın mahiyyəti bəlli olub. Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Əli İnsanov, qanunvericiliyə və Penitensiar Xidmətin daxili qaydalarına zidd olaraq, məhbuslara resept yazıb və qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olurmuş. Bu barədə sayta Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində etibarlı mənbələr xəbər verib.

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Əli İnsanovun təyin etdiyi dərman vasitələrinin ekspertizasını aparıb və onların bəzilərinin tərkibində narkotik maddələr aşkarlanıb.

**
10:20
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsindən yeni cinayət işi başlanıb.

Bu barədə APA-ya vəkil Toğrul Babayev məlumat verib. Onun sözlərinə görə, dünən axşam saatlarında vəkillərə prokurorluqdan edərək, bu gün sabiq nazirin cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisinə getmələri bildirilib: “Bizə dedilər ki, Əli İnsanov yenidən dindiriləcək. Onun barəsində yeni cinayət işi başlanıb. Hazırda biz müəssisəsinin qarşısındayıq. İçəridə sadəcə Qaradağ rayon prokuroru Natiq Abdullayev var. Bizə hansı maddə ilə yeni ittiham irəli sürüldüyü barədə məlumat verilməyib”.

Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın