Menu
Geri İrəli

Ermənilər yenə itkilərini açıqladılar – 50 ölü

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Aprel 2016 • Baxış sayı: 137 dəfə • Şərh yoxdur

600@0Ermənilər aprel ayının 2-dən başlayaraq təmas xəttində baş verəndöyüşlərdəki itkilərini yavaş-yavaş üzə çıxarmağa başlayıblar. Ötən gün axşama qədər 29 itki verdiyini iddia edən Ermənistan tərəfi bu gün bu rəqəmi artırıb.

Ermənilərin texnikası, canlı qüvvəsini sıradan çıxardıq

ANS PRESS-in məlumatına görə, qondarma Dağlıq Qarabağ rejiminin Rusiyadakı daimi nümayəndəliyinin məsləhətçisi Arsen Məlik-Şahnazarov döyüşlərdə Ermənistan tərəfinin 50 canlı qüvvəsinin məhv edildiyini etiraf edib: ”Döyüşlərdə texnika cəhətdəndə böyük itkilər oldu. 14 tank itirmişik. Dörd gün əzində 50 nəfər həyatını itirib, həmçinin 20-30 nəfərdən xəbər yoxdur”.

Madagizdəki hərbi baza qərargahı dağıdıldı

Ötən gün cəbhə xəttindəki son döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 29 hərbçisinin öldüyü deyilirdi. (7 zabit, 22 çavuş və müqaviləli hərbçilər və əsgərlər), 101 hərbçi isə (20 zabit, 81 çavuş və müqaviləli hərbçilər və əsgərlər) yaralanmışdı. Həmçinin bildirilir ki, itkin düşən hərbçilərin sayı 28 nəfərdir.

Aprel ayının 4-də isə separatçı rejiminin nümayəndələri Azərbaycan tərəfinin zərbələri nəticəsində 20 hərbçinin öldüyünü iddia edirdi.

Cəbhə xəttində kənd

Cəbhə xəttində kənd

O, cəbhə xəttində başlayan döyüş əmliyyatları nəticəsində Azərbaycanın önəmli yüksəkliləri də ələ keçirməsini etiraf edib. ”Bu üç yüksəklik cənub istiqamətində olan məntəqələrdir.

Ermənilərin komanda-qərargah məntəqəsi darmadağın edildi

Yüksəkliklər İranla sərhəddə yerləşirlər və kifayət qədər önəmli məntəqələrdir.  Separatçı rejimin nümayəndəsi iddia edib ki, əgər ötən gün razılıq əldə edilmsəydi, ermənilər onları geri qaytara bilərdilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın