Menu
Geri İrəli

Ermənilərin 170 əsgəri, 12 texnikası sıradan çıxdı – RƏSMİ

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Aprel 2016 • Baxış sayı: 113 dəfə • Şərh yoxdur

35254Panikada olan düşmən silah-sursatını ataraq mövqelərini qoyub qaçır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir.

Son saatlar ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir.

sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın