Menu
Geri İrəli

“Google”dan sevindirəcək yenilik

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyun 2015 • Baxış sayı: 433 dəfə • Şərh yoxdur

77248Texnologiya nəhəngi “Google” daha bir yeniliyə imza atmaq niyyətindədir.

ANS PRESS-in məlumatına görə, şirkət axtarış saytına çox yaxın zamanda “satın alma” düyməsini əlavə edəcəklərini elan edib. “Google”un “satın alma” düyməsilə (Buy Now) internetdən alış-veriş etmək daha asan və daha əyləncəli olacaq.

Satın alma düyməsinin xüsusiyyətlərindən ən əhəmiyyətlisi odur ki, istifadəçilər bir neçə internet saytı ziyarət etmədən məhsulu satın ala biləcək. Alışveriş düyməsinə basmaqla məhsulun ölçüsü və rəngini rahatlıqla müəyyən etmək mümkün olacaq.

Pərakəndə olaraq satın alınan məhsullar birbaşa alıcıya göndəriləcək. Beləcə “Google” çox sayda istifadəçinin alış-veriş ünvanına çevriləcək.

Son zamanlar axtarışda olan şirkət gəlirini artırmaq üçün bu cür yeniliklər tətbiq etməyə başlayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın