Menu
Geri İrəli

Gündüz Kərimov Mehriban Əliyevanın köməkçisi təyin olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Noyabr 2017 • Baxış sayı: 428 dəfə • Şərh yoxdur
Share Button

Gunduz-Karimov180Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya yeni köməkçi təyin edilib.

Prezident Administrasiyasının rəsmi saytı xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Gündüz Kərimov Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi təyin olunub.

Gündüz Kərimov bu təyinatla xanım Əliyevanın dördüncü köməkçisi olub.

“Qafqazinfo” xəbər verir ki, Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub.

O, Baker McKenzie və Bakı ofisinin idarəedici tərəfdaşı olub. Birləşmiş Ərəb Əmirliklərində Fikri Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsini daşıyıb.

G. Kərimov 2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini işləyib.

Həmçinin Beynəlxalq Ticarət Palatasının üzvü və Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir.

Evlidir, iki övladı var.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın