Menu
Geri İrəli

Hava limanında dollar satışı tam dayandırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2016 • Baxış sayı: 264 dəfə • Şərh yoxdur

dollar-kredit“Bank Silk Vey” dollar satışını tamamilə dayandırıb.

Bankdan fins.az.a-a verilən məlumata görə, sentyabr ayının 1-nə kimi adi müştərilərə dollar satışı olmasa da, hava limanında xaricə səfər edənlər üçün dollar satışı həyata keçirilirdi. Uçuş bileti olanlara limitlə 300 dollar satılırdı. O cümlədən, eyni məbləğdə bankdan avro da almaq mümkün idi. Sentyabr ayının 2-dən etibarən isə xaricə getmək istəyənlər üçün də satış dayandırılıb. Amma bankdan bunun səbəbi açıqlanmır.

Qeyd edək ki, bankın sentyabr ayının 2-nə dollar üzrə alış qiyməti 1.6360 manat, satış üzrə qiyməti isə 1.7016 manatdır. Avronun alış məzənnəsi 1.8320 manat, satışı isə 1.9060 manat təşkil edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın