Menu
Geri İrəli

Haydı, “Qarabağ”, artıq vaxtdı! – BAKIDA TARİXİ OYUN

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Avqust 2017 • Baxış sayı: 407 dəfə • Şərh yoxdur
Share Button

b02033a690cb92b3109a628aa02d1a47Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunacaq.

Ardıcıl 4 dəfə ölkə çempionu olan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək uğrunda mübarizədə “Kopenhagen”lə görüşəcək. Danimarka təmsilçisi ilə ilk matç Bakıda baş tutacaq.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü italiyalı hakimlər briqadası idarə edəcək. Matç Çempionlar Liqasının himninin səslənməsi ilə başlayacaq.

Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq.

Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyun

15 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)

Baş hakim: Paolo Taqliavento

Baş hakimin köməkçiləri: Alessandro Qiallatini, Alessandro Kostanza

Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato

Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)

Hakim-inspektor: Frits Stuçlik (Avstriya)

UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın