Menu
Geri İrəli

Hərbi attaşelər Zəhranın yas mərasimində – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyul 2017 • Baxış sayı: 720 dəfə • Şərh yoxdur

alxanli6iyul-(22)_149934017832Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər iyulun 4-də erməni silahlı bölmələrinin atəşi nəticəsində Alıxanlı kəndində halak olan 2 yaşl; Zəhranın və nənəsinin yas mərasimində iştirak ediblər.

AzVision.az-ın məlumatına görə, xarici KİV nümayəndələri və hərbi attaşelər həlak olanların ailələrinə başsağlığı veriblər.
Qeyd edək ki, səfər Azərbaycan Xarici işlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluğu və Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

Səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, Amerikanın Səsi, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri iştirak edir. Habelə, səfərdə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyinin diplomatı iştirak edirlər.

Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla
AzVision.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın